"Respublika Günü müstəqillik yolunda atılan cəsarətli addımın əsas rəmzidir" - Yerlan Karin

10:55 25.10.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qazaxıstan Respublikasının dövlət müşaviri Yerlan Karin 25 oktyabr Respublika Gününün niyə ölkənin əsas milli bayramı olması barədə danışıb.

Hafta.az-ın Kazinform-a istinadən yazdığına görə, o qeyd edib ki, bu tarixdə Qazaxıstanın dövlət suverenliyi elan edilib və Qazaxıstanın müstəqil dövlət kimi siyasi və hüquqi əsasları bəyan olunub.

"Məhz 1990-cı ilin bu günündə ölkə Ali Sovetinin iclasında 6 saat davam edən qızğın müzakirələrdən sonra Respublikanın Dövlət Suverenliyi haqqında Bəyannamə qəbul edildi. Layihənin özü beş ay ərzində deputatlar, elm adamları və ictimai xadimlərdən ibarət böyük bir qrup tərəfindən hazırlanıb və Qazaxıstanın tarixində ilk dəfə olaraq fundamental dövlət sənədi fəal ictimai müzakirəyə çıxarılıb" deyən cənab Karin bildirib ki, bəyannamədə ilk dəfə olaraq Qazaxıstanın suveren hüquqları təsbit edilib: "Respublika ərazisinin mövcud sərhədlər daxilində bölünməzliyi və toxunulmazlığı prinsipləri; Respublika Konstitusiyasının və qanunlarının aliliyi; Respublika Vətəndaşlıq İnstitutu; Respublikanın dövlət hakimiyyəti üçün daxili və xarici siyasətdə aliliyin, müstəqilliyin və tam səlahiyyətlərin təmin edilməsi; Bütün milli sərvətlər (torpaq və onun təki, su, hava məkanı, flora və fauna, digər təbii sərvətlər, xalqın mədəni-tarixi sərvətləri, iqtisadi, elmi, texniki potensialı) respublikanın müstəsna mülkiyyəti elan edilib; Respublikanın beynəlxalq münasibətlərin müstəqil subyekti kimi çıxış etmək, xarici siyasət məsələlərini müstəqil həll etmək hüququ yaranıb".

Dövlət müşaviri qeyd edib ki, beləliklə, 1990-cı il oktyabrın 25-də Qazaxıstanın siyasi müstəqilliyinin əldə edilməsi yolunda ilk addım atılıb. Respublikanın Suverenliyi Bəyannaməsi tarixdə ilk konstitusiya sənədi, müasir Qazaxıstanın dövlətçiliyinin əsasıdır. Cəmi 1 il sonra - 1991-ci il dekabrın 16-da Bəyannamənin prinsiplərinə əsaslanaraq, “Qazaxıstan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Qanunu nəhayət, ölkənin suveren və müstəqil dövlət statusunu təmin edib.

Dövlət müşaviri vurğulayıb ki, Respublika Günü ölkənin müstəqillik yolunda atdığı cəsarətli addımın əsas rəmzidir.

"Bu tarix 1995-2001-ci illərdə artıq Milli bayram idi. Ötən il isə dövlət başçısı bu bayramı bərpa etmək və onu Milli bayram statusuna qaytarmaq qərarına gəlib”, - deyə Yerlan Karin sözlərini yekunlaşdırıb.

Siyasət rubrikasından digər xəbərlər